atlantidanın sirləri

zuleyxa
Atlantidanın sirləri. Yoxa çıxmış materik

Yoxa çıxmış materik Məhv olmuş Atlantida artıq 2500 ildir ki, bəşəriyyətin şüurunu narahat etməkdədir. Müasir texniki vasitələrə və elmi proqresə baxmayaraq, Atlantidanın harada yerləşdiyi, hətta onun mövcud olub-olmadığı belə hələ də dəqiqləşdirilməmişdir. Qeyd etmək lazımdır ki, Atlantida sivilizasiyasının özünə məxsus sirləri olub. Alimlər və tədqiqatçılar bu sivilizasiyaya məxsus sirlərin bəzilərini açmağa müvəffəq olmuşlar.
Atlantida haqqinda çoxları eşidiblər. Amma Atlantida mədəniyyəti haqda yəqin ki, çox az adamın məlumatı var.
Yoxa çıxmış materikin ilk dəfə xatırlanması...
Atlantida haqda ilk dəfə qədim yunan filosofu və tarixçisi Platonun “Dialoqlar” yazısında məlumat verilmişdir. Bu yazıda Atlantida materikinin harada yerləşdiyi xatırlanır. Bu yazıda Atlantidanın Qibraltar boğazında yerləşdiyi qeyd olunur. Bu yazıda atlantların həyat və mədəniyyəti haqqında məlumatlar da verilmişdir. Platonun Atlantida haqqında bu cür dəqiqliklə məlumat verməsi adamı təəccübləndirməyə bilməz. Platonun qeyd etdiklərinə görə, Atlantida sivilizasiyası bütün sahələrdə inkişaf edərək, ən yüksək mərhələyə çatıbmış. Platonun sözlərinə görə, atlantlar – Paseydonun törəmələridirlər və ali irqə mənsub olublar. Atlantidanın var-dövləti və inkişafı adamı valeh edirmiş.
Maraqlı olan əsas məqamlardan biri də odur ki, belə dəqiqliyi ilə olan bütün bu məlumatları Platon necə və haradan əldə etmişdir???
Sübut olunmuşdur ki, Platon Atlantida və atlantlar haqqında olan bütün bu məlumatları dayısı Solondan əldə etmişdir. Dayısı Solon isə bu məlumatları Misirdə olarkən, bir Misir kahinindən eşitmişdir. Məbəddə işləyən bu kahin Solona məbəddə olan bir yazı göstərmişdir. Bu Atlantida materikinin mövcudluğunu sübut edən bir yazı idi. Bu yazılara əsasən, atlantların, hətta öz vətənləri Atlantidanın nə vaxt məhv olacağı haqda məlumatları varmış. Onlar insan genofondunun qorunub saxlanılması üçün əllərindən gələni etmişlər!!! Atlantların irsi.
Dənizə qərq olmuş materikin harada yerləşməsi haqqında danışmazdan əvvəl atlantların bütün sahələrdə əldə etdikləri nailiyyətlərdən də danışmaq yerinə düşərdi. Qədim yazılardan əldə olunan məlumatlara əsasən, yüksək elmi-texniki nailiyyətlərə malik olan atlantlar malik olduqları elmi-texniki nailiyyətlərini gələcək nəsillər üçün qoruyub saxlamağa çalışmışlar. Nəinki, elmi-texniki nailiyyətlərini, hətta özlərini belə gələcək nəsil üçün saxlamışlar. Əldə olunan məlumatlara görə, materiki suya qərq edən katastrofik faciə baş verməzdən bir az əvvəl ali irqə məxsus nümayəndələr (atlantlar) Misirə, Yunanıstan və Tibetə yollanmışlar. Tanınmış Britaniya ezoteriki Labsanq Rampın çox maraqlı olan qeydlərində təsdiq etməyə çalışır ki, Tibetdə Potalı məbədinin altında gizli bir zirzəmi vardır. Bu zirzəmidə tibet monarxları 3 atlantı indiyədək qoruyub saxlayırlar. Atlantlar “somatı” vəziyyətindədirlər. Bu cür vəziyyət Şərq dinlərinin hamısında öz təsdiqini tapır. Digər bir maraq doğuran şey odur ki, Labsanq təsdiq etməyə çalışır ki, Atlantida sakinləri unikal qabiliyyətlərə malik olublar. Yüksək elmə və texnikaya malik olmalarına baxmayaraq, onlar “üçüncü göz” vasitəsilə hər hansı bir ağır əşyanı hərəkətə gətirə bilirmişlər. Labsanqın bütün bu dediklərini akkultist rus qadını – Yelena Blavatskaya da öz yazılarında təsdiqləmişdir. Y. Blavatskayanın dediklərinə görə, Misirdəki nəhəng ehramların tikintisində atlantlar bir-başa iştirak etmişlər və xüsusi magiyanın köməyilə nəhəng daşları yerindən tərpədirlərmiş. Y.Blavatskayanın sözlərinə görə, Misir ehramları elə atlantların bilik xəzinələridir. Onun bu sözlərini müasir tədqiqatçılarda təsdiqləmişlər. Belə ki, Misir ehramlarını tədqiq edən alimlər, ehramların özüllərində gizli otaqlar aşkarlamışlar. Bu otaqlarin yaşı e.ə. XII minilliyə gedib çıxır.
Atlantida hara yoxa çıxmışdır?
Hələlik ezoterikanı bir kənara qoyub, diqqətimizi maddi reallıqlara yönəldək. Hal-hazırda Atlantidanın harada yerləşdiyini dəqiqliyi ilə bilsəydik bizim üçün daha maraqlı olardı. Suya qərq olmuş materikin harada yerləşdiyini dəqiqləşdirmək üçün tədqiqatçı - alimlər Yer kürəsinin hər yerini tədqiq etmişlər və hər dəfə də belə qənaətə gəlirlər ki: - “Bəşər tarixinə yenə də təzədən nəzər salmaq gərəkdir”.Atlantida haqqında mülahizələr yalnız onun məhv olması ilə bağlı məlumatlarla məhdudlaşmır. Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. Uilyam Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın "100 qapı" adlı paytaxtında reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Ümumiyyətlə, Atlantida sivilizasiyasının yüksək inkişaf səviyyəsi ilə bağlı konsepsiyanın tərəfdarları od saçan və səs-küylə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə çoxsaylı məlumatlara istinad edirlər. Belə məlumatlara, adətən, yunanların, germanların, slavyanların, çinlilərin, hinduların və digər xalqların qədim mifoloji rəvayətlərində rast gəlinir. Konsepsiyaya görə, bütün bunlar Atlantidanın reaktiv gəmiləri haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Bu təsəvvürlər hava hücumu taktikası tətbiq edən atlantların cəza ekspedisiyaları barədə xəbər verir. Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir. Onların qənaətinə görə, ali təbəqənin təmsilçiləri (krallar, kahinlər və s.), əsasən, Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə - Venera və Marsa pənah aparıblar. Ancaq reaktiv gəmilər məhdud saylı səlahiyyətli və qüdrətli təbəqənin nəzarətində olduğundan onlar vasitəsilə fəlakətdən canını qurtaranlar o qədər də çox olmayıb. Xilas olub, Amerika və Afrikaya üz tutanlarsa, yeni vətənlərində vaxtilə Atlantidada sahib olduqları qüdrətlərini itiriblər.
2009-cu ildə İsveçrə alimləri atlantların Mars planetinə uçması və Qədim Misirə səyahəti barədə fərziyyənin doğru olduğunu bildirərək, bu hadisələrin həqiqətən də baş verdiyi qeyd edilər.[101] Bu barədə isveçrəli həkim Stefan Vayz (alm. Dr. Stephan Weisz‎) "Mars sivilizasiyası ya öz-özünü məhv etmiş, ya da nəhəng meteorit tərəfindən məhv edilmişdir" ifadəsi ilə İsveçrənin paytaxtı Bern şəhərində jurnalistlərə verdiyi müsahibəsində çıxış etmişdir.
"Misirin ehramları, tibb sahəsində yeniliklər, yüksək texnologiyalar, uçan aparatlar və s. Yer planetində deyil, Marsda yaranmışdır. Fərziyyəmizə görə Mars planetinin atlantları qızıl əvəzində misirlilərə öz texnologiyalarını öyrətmişlər".
— Stefan Vayz
Stefan Vayz və kolleqalarından biri olan misir tarixçisi Konrad Veytç atlantların Mars planetində olduğu barədə Misirin papiruslarında qeyd olunduğunu qeyd edirlər. Onlar, həmçinin, qədim misirlildə uçan aparatın olması və bu sxemin Tutanhamonun qəbrində tapıldığını qeyd edirlər. Lakin isveçrə alimlərinin fərziyyələrini təkzib edən bir sıra alimlər vardır. Onların sırasında olan qədim misirin tarixi lə maraqlanan alman alimi həkim Set Rauş (alm. Dr. Seth Rausch‎) aşağıdakı ifadələri qeyd etmişdir:
Misirlilərin yadplanetlilərlə əlaqəsini təkzib etmirəm. Lakin biz hələ də faktiki olaraq Marsda olan xarabalıqları yaxşı nəzərdən keçirə bilməmişik və Atlantidanın qalıqlarının orada mövcud olub-olmaması haqqında etibarlı dəlilimiz yoxdur. Mənim fikrimcə, əgər Atlantida mövcud olsaydı, onda Yerdə mövcud olardı".
— Set Rauş
Mekada yayılmış bir əfsanəyə görə əsrlər əvvəl dənizin o biri tərəfindən ağ saqqallı tanrılar gəlib. Yerli əhalinin dediyinə görə bu tanrılar atlantlar olublar. Onlar Mayya mədəniyyətinin yaranmasına öz töhfələrini veriblər. Atlantidanın Qəraib dənizi tərəfdə olduğunu iddia edənlərdən biri də Corc Eriksondur. Erikson "Endris" və "Mimini" yolunun Atlantida ilə bağlılığını vurğulayır. Bundan başqa Erikson bildirir ki, Baham adaları Platonun Atlantidanın dağıldığını iddia etdiyi dövrdə su səviyyəsindən yuxarıda olub. Erikson atlantlarla Mayya mədəniyyəti arasında oxşarlıqlar da tapıb. Belə ki, Mayya mədəniyyətinin nümunəsi olan heykəllərdə, o cümlədən, Günəş tanrısının təsvir olunduğu heykəldə mayyalara məxsus olmayan üz quruluşu var. Qalın qaşlar, uzun sifət, iri gözlər, uzun burun, qalın bığlar mayyalara məxsus sifət quruluşu deyil. Bu ancaq atlantlara məxsus ola bilər. Erikson, israr edir ki, mayyalıların üzləri tüklü olmayıb və sifətləri isə yumru olub.Eriksonun Günəş tanrısının simasında atlantların tərənnüm olması iddiası bəzi alimlər tərəfindən inkar olunur. Belə ki, mayalıların sifətlərində tük olması faktı öz sübutunu tapıb və Eriksonun "bığ" dediyi şey əslində ya ilan, ya da ağızdan çıxan tüstü. Eriksonun fikrincə, Yukatan yarımadasında məskunlaşan ilk insanlar Sibirdən Alyaskaya keçənlər deyil, məhz dənizdən gələn atlantlar olublar. Onun dediklərinə və elmin təsdiqlədiyi fakta görə Buz dövründən sonrakı dövrdə Yukatan yarımadası, Kuba və Baham adaları daha böyük quru sahələri olublar.