Asəf Ağayev

gulu1096
Asəf Ağayev
foto
*Asəf Abid oğlu Ağayev*🇦🇿

*Şəxsi məlumatlar*
Doğum tarixi
24 noyabr 1993
Doğum yeri
Qax, Azərbaycan
Vəfat tarixi
17 dekabr 2020 (27 yaşında)
Vəfat yeri
Xocavənd, Azərbaycan
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti
Silahlı Qüvvələr
Qoşun növü
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri
2016—2020
Rütbə
Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png Baş leytenant
Döyüşlər
Vətən müharibəsi
• Cəbrayıl döyüşləri
• Şuşa döyüşləri
Təltifləri
"Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020
*📌Həyatı və hərbi xidməti*

*Asəf Ağayev 24 noyabr 1993-cı ildə Qax rayonunda anadan olub. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə buranı bitirmişdir. 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.*

*2016-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlamışdır.*

*Asəf Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asəf Ağayev 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak etmişdir*.

*Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuşdur.*

*Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi*.

*📍Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Ağayev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi*.