antik filosoflara görə 4 xoşbəxtlik açarı

markalogiya
​​🗝😇Antik Filosoflara Görə 4 Xoşbəxtlik Açarı

Deməli, indiyə qədər xoşbəxtlik qazanmaq mövzusunda milyonlarla məqalə oxumusunuz, amma milyon dəfə çox xoşbəxtlik əldə etməmisiniz.

Gəlin məsələyə bu tərəfdən baxaq. Nəzəriyyəni bilmək nəyisə edə bilməklə eyni məfhum deyil. Ümidvaram, məsələn, döyüş sənəti ilə bağlı hər hansısa kitabı oxumaqla Bruce Lee kimi döyüş ustası olmanızı gözləmirsiniz. Bütün davranış nümunələri və bütün dəyişikliklərin bünövrəsi praktika ilə qoyulur. Antik “Stoikçi”lər bu qaydanı bilirdilər və onlar sırf oxunması üçün heçnə yazmadılar.

Onlar yerinə yetirilməsi üçün müəyyən rituallar yaratdılar ki, həmin rituallar vasitəsilə beyinlərimiz müəyyən vərdişlərə öyrəşdirilsin və beləliklə, həyat tərzimizə çevrilsin. “Gündəlik Stoik: Müdrikliyə, dözümlülüyə aparan 366 meditasiya və yaşama sənəti” kitabından:“Buna görə filosoflar bizə boş-boşuna oxumaqla kifayətlənməməyi və bu prosese oxuduqlarımızı öyrənmək üçün praktika da əlavə etməmizi məsləhət gördülər. Çünki zaman keçdikcə, öyrəndiklərimizi unudurduq, hadisələr istədiklərimizin əksi ilə nəticələnirdi və biz tam əks düşüncələri özümüzlə saxlayırdıq”. Epictetus

Ən maraqlısı isə odur ki, müasir tədqiqatların nəticəsi 2000 il əvvəl bu adamların danışdığı ilə üst-üst üstə düşür.İndi isə vaxt Stoikin alət qutusunu qurcalamaq və içərisindən sizi xoşbəxt edəcək rituallar tapmaq vaxtıdır.