Albert Aqarunov

sehranin guli
Albert Aqarunov
foto
Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.
Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayır. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.
Onun dəfnində minlərlə insan iştirak edib. Albert Aqarunov Şəhidlər Xiyabanında dəfn edilib. Onun dəfn mərasimində həm İslam dininə uyğun olaraq molla, həm də iuadizmə uyğun olaraq ravin məzarı başında dua oxuyub. Adını hərb tarixinə əfsanəvi tankçı kimi yazdıran Albert Aqarunov ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.
©️Ordu.az