Ağlmağın faydaları

gulu1096
Ağlmağın faydaları
foto

🟢İnsanların əksəriyyəti ağlamaqdan çəkinir,çox vaxt mənfi duyğularını basdıraraq onlardan qaçmağa çalışır.Ağlamağı zəiflik əlaməti kimi qəbul edirlər.Bununla yanaşı, əksər insanlar ağlamağın faydalarından xəbərsizdir.
🟢Bildiyimiz kimi,stress insan həyatına mənfi təsir göstərən,onun keyfiyyətini azaldan amillərdən biridir. Göz yaşı stress hormonlarının azalmasına və sinir sistemi üçün zərərli olan tok maddələrin bədəndən atılmasına yardım edərək insanın psixi sağlamlığı üçün mühüm rol oynayır.
🟢Ağlayan zaman xoşbəxtlik hormonu olan endorfin hormonu ifraz olunur və bu da bədəndə olan ağrıları azaldır,insanın sakitləşərək özünü daha yaxşı hiss etməsinə kömək edir.
🟢Təbii sakitləşdiricidir, buna görə də yatmağa kömək edir. Ağladıqdan sonra halsızlıq ilə paralel gələn rahatlama hissi yuxuya getməyi tezləşdirir.
Duyğusal boşalmaya (katarsis) səbəb olaraq, daxili yenilənmə hissi yaradır.
Duyğularınızı basdırmayın,onları sonuna qədər yaşamağa çalışın.

Sevinc göz yaşlarınızın daha çox olması diləyi ilə