Termodinamik qanunlar

markalogiya
Termodinamik qanunlar
foto

Termodinamikanın qanunlarını termodinamikanın əsaslandığı əsas qanunlar kimi izah etmək olar. Fizikanın istilik, temperatur, enerji və iş üzərində dayandığı nöqtələrdə etibarlıdırlar.

Sıfır qanun: İstilik təmas qanunu. Nəticədə təmasda olan müxtəlif temperaturda olan əşyaların istiliyi bərabərləşir. (misal üçün: elinizde bir bardaq isti suyu tutarsanız,bir müddetden sonra bardaq soyumağa başlayacaq ve beden istiliyiniz derecesinde olacaq.)

Birinci qanun: Enerji qənaət qanunu. Enerji yoxdan yaradıla bilməz, oradan da məhv edilə bilməz.

İkinci qanun: Entropiya. Beləliklə, hər şey pisləşməyə meyllidir. Düzensizlik dəyişmir və ya artmır.

Üçüncü qanun: Temperatur. Temperatur sıfıra yaxınlaşdıqca, bütün hərəkətlər sıfıra yaxınlaşır.

noun

ulker
Noun-isim ,Azerbaycan dilində olduğu kimi ingilis dilində də əşyanın adını bildirir və kim ?,nə?suallarından birinə cavab verir.İsimlər tək və cəm ola bilər .Tək isimlərə singular nouns ,cəm isimlərə plural nouns deyilir.
1.Əgər ismin sonu "s, sh, ch, x" ilə bitərsə "es" artırılır Məs:fox--foxes,bench---benches
2.Qalanları "s" ilə Məs:Pen--pens ,apple---apples
3.samit+o məsələn.tomato-tomatoes, istisna(pianos,kilos,photos,zeros,dynomos,kimonos)
4.sait+o məsələn video---videos
5.samit+y məsələn city---cities artıq burada ies şəklində cəmlənir
6.sait+y məsələn day ---days
7.f ve fe ilə bitənlər məsələn wife---wives ,shelf---shelves istisna(chiefs ,beliefs,proofs,gulfs,roofs,briefs,handkerchiefs,safes,reefs)
8.ff meselen---cliff-cliffs
Və ingilis dilində bəzi topluluq bildirən isimlər var (police ,gentry ,poultry ,cattle ,personnel) bu isimlər cəm isimlərdir .Bununla yanaşı cəmlənmə zamanı kökdən dəyişən isimlərdə var.Bu isimlərə s yada başqa şəkilçi artırmaq olmaz.Bunlardır.Man --men,woman--women,mouse--mice,louse-lice ,goose-geese,tooth-teeth ,foot-feet ,ox--oxen ,child--children
Təki və cəmi eyni olan isimlər:deer,sheep,swine,fish.Yəni bu isimlər həm tək həm cəm ola bilər.Fərqləndirmək üçün cümləyə baxmaq lazımdır.Bununla yanaşı həmişə cəmdə olan isimlərdə var.Məsələn: trousers,pyjamas ,jeans,shoes,clothes,spectacles,glasses,stairs,riches,tongs,scales,goods,greens Və s.Bu isimləri təkdə işlətmək üçün "a pair of" ifadəsindən istifade etmək lazımdır məsələn a pair of trousers
Mürəkkəb isimlərdə cəm şəkilçisi əsas kökə artırılır yəni,mother -in-law sözünə cəm şəkilçisi artıran zaman onu mother sözünə aetırmaq lazımdır yənii ,mothers-in -law şəklində.(german ,norman , roman ) istisna
İsimlər sayıla bilən countable və sayıla bilməyən uncountable olurlar.Sayıla bilənlər many sayıla bilməyənlər much sualına cavab verir .Əksər isimlərin həç sayıla bilən həm sayıla bilməyən forması var.Məsələn room sözü otaq mənasında sayılır boş yer mənasında sayılmır .Paper sözü qəzet mənasında sayılır kağız mənasında sayılmır .Glass sözü stəkan mənasında sayılır ,şüşə mənasında sayılmır Time dəfə mənasında sayılır ,vaxt mənasında isə sayılmır .Countable isimlər cəmlənə bilir ancaq uncountablr isimlət cəmlənmir .Countable isimlərin təki cəmi olduğu halda uncountable isimlər ancaq təki olur .Countablr isimlər "a,an"artikli qəbul edir amma uncountable isimlər qəbul etmir.Uncountablr isimlərə nələr aiddir?.Maye məs:milk ,tea və s,Bərk cisimlər məs:mud, coal,ice ,Toz kimi:sugar,flour ,dust,mücərrəd:charity,experience ,hisslər :anger,trust,fame,Təbiət hadisəsi:fog,fire ,rain ,Oyunlar:chess ,dominoes .Bundan əlavə xəstəlik,material,oyun ,idman,elm adları hansı ki(ics suffixi ilə bitir) və fənn adları uncountable sayılır .
Bunlar COUNTABLE dir(cloud,impression,pear,pea,storm,idea,sound,job,lyric)
Uncountable isimləri saymaq üçün önünə numerativ sözlər artırılır .a/an +numerativ+of +uncountable noun.Məsələn:a slice of bread .Bread söze sayıla bilmir və biz numerativ söz əlavə etməklə saya bilirik birada numerativ söz slice dir.Başqa bir nümunə a bottle of oil.Burada bottle numerativ sözdür.İsimə s artıranda cəmlənir ,felə s artıranda təklənir. Am ,is,are,was,were,have,has feillerinden sonu "s" ile bitenler tekdedir.
Common və Proper nouns isə umumi və xususi isimlərdir.Məsələn Mary sözü insan adı olduğuna görə xüsusi yəni Proper noundur.İsimlər 3 cür olur simple ,derivative bə compound.Sadə düzəltmə mürəkkəb.Düzəltmə isimlər suffix və prefix lər ilə düzlər prefix ön şəkilçidir.Misal üçün:co, ex ,super,mono,hypo,di,self,bi ,macro və s məsələn.Co-operation ya da macroeconomy.Suffixlərə misal olaraq:dom ,ment,ness,ship,age,ion,ance,ess,ics ,ing ,th,al,ant və s məsələn:happy sözü sifətdir mənası xoşbəxt deməkdir."ness" əlavə etdikdə o isim olur yəni xoşbəxtlik.

Şeron - Torpağın səsi (Akkordlar)

markalogiya
Şeron - Torpağın səsi
Em---------------------Am-----------Em-----
Öz yolunda illər ötdü, Nələr gördü ölkəmiz.
Am---------Em------------Dm----------Em
Parçalandı ölməz Vətən, Ayrı düşdük biz.
*
Em------------------------F--------------Em-------
İndi bilsin bütün dünya: Var yenilməz ordumuz!
F------------Em-E7
Yenilməz ordu
*
C-----------------Em----------------------Am----
Gör nə vaxtdan "gəl" deyir, Öz elindən ayrılan,
Am---------G---------F------------Em-E7
Taleyindən odlanan, Torpağın səsi.
C--------------Em------------------------Am----

O, həsrətdən qəm çəkir, İndi dözmür ağlayır,
Am--------------G---------F------------Em
Gör nə vaxtdan səsləyir, Torpağın səsi.
*
Em------------------------F------------Em-----
Müstəqildir Azərbaycan, Onun nurlu dövrü var.
Am------------Em-----------F----------Em
Sərhəddində məğrur oldu Bizim oğullar.

kitabi dədə qorqud

zuleyxa
“Kitabi-Dədə Qorqud” milli abidə kimi

Dastan yaradıcılığı dünya ədəbiyyatında ayrı-ayrı xalqların müxtəlif tarixi dövlətlərdə ədəbi-bədii, ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Xalqımızın həyatını, məişətini, adət və ənənələrini özündə əks etdirən, Türk dünyasının qədim mədəniyyət abidələrindən, bədii və fəlsəfi təfəkkürümüzün ən nadir incilərindən sayılan “Kitabi-Dədə Qorqud” xüsusi maraq doğurur. Elə buna görə də alman şərqşünası Fridrix Fon Dits tərəfindən 1815-ci ildə alman dilinə tərcüməsi və nəşrindən bu günə qədər dastana olan maraq azalmamış, dünyanın çox məşhur alimləri tərəfindən ona dəfələrlə müraciət edilmişdir.
“Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. Dastanın ilk mötəbər tədqiqatçılarından V.V.Bartold onun Qafqaz mühitində yarandığını qeyd edir. “Kitabi-Dədə Qorqud”un mükəmməl nəşrini çap etdirən böyük türk alimi O.Ş.Gökyay Drezden nüsxəsində açıq olaraq “Azərbaycan şivəsi özəllikləri gözə çarpmaqdadır” – deyir. Fuad Köprülü, Məhərrəm Ergin kimi nüfuzlu qorqudşünasların, habelə V.V.Bartold, V.M.Jirmunski, A.H.Kononov, A.Y.Yokubovski kimi rus türkoloqlarının, təbii ki, tanınmış Azərbaycan filoloqlarının dəfələrlə təsdiq etdikləri kimi “Kitabi-Dədə Qorqud” dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən Dövlət Komissiyasının iclasında demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. İkicildlik “Kitabi-Dədə Qorqud” enlopediyasının, onlarla kitab və monoqrafiyaların nəşri, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların keçirilməsi, dünyanın tanınmış qorqudşünas alimlərinin Azərbaycana gəlməsi və tədbirlərdə iştirak etmələri məhz 1300 illik yubileyin yüksək səviyyəsindən xəbər verirdi“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir hadisələrindəndir. Görkəmli türk ədəbiyyatşünası Fuad Köprülü “Dədə Qorqud” dastanlarının əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”. Bir sıra tədqiqatçıların fikrincə, dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmuşdur.
“Kitabi-Dədə Qorqud” dastanları ilk dəfə adı elmə məlum olmayan şəxs tərəfindən 1052-ci ildə qələmə alınmışdır. Dastan, təxminən, beş əsr şifahi təzahür (formalaşma, inkişaf) dövrü yaşamış, bundan sonra XI əsrdə yazıya alınmışdır. Əlyazmanın üzü dəfələrlə (XI əsrdən XVI əsrə qədər) köçürülmüşdür. Drezden nüsxəsi də orijinal deyil, köçürülən nüsxədir.
“Kitabi-Dədə Qorqud” dastanlarında bəhs olunan hadisələrin V-VII əsrlərdə, bəzi boyların ondan da xeyli əvvəl olmaları ehtimal edilir. Dastan Azərbaycan oğuzlarından bəhs edir. “Dədə Qorqud kitabı” salnamədir, ədəbi əsər olmaqdan başqa, Azərbaycan-Oğuz dövlətinin ərəb işğalından əvvəlki müəyyən dövrün və ərəb işğalı ərəfəsinin, Oğuz zamanının tarixidir. Amma bədii şəkildə yazılıb. Bu dastana yalnız ədəbi ölçülərlə dəyərləndiriləsi əsər kimi baxmaq olmaz. Kitab həm də tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcədə etibarlı və mötəbər bir qaynaqdır.
Oğuzlar Azərbaycanın, demək olar ki, bütün ərazisində və indiki Ermənistan, Gürcüstan ərazisinin müəyyən hissələrində yaşayırdılar. Bu, azərbaycanlıların tarixən və indi yaşadıqları yerlərə tam uyğun gəlir.
Həmid Araslıya görə, dastanların ilk variantı – orijinalı Azərbaycanda yazıya alınmışdır. M.Ergin belə bir fikrə gəlmişdir ki, “Dədə Qorqud” dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. “Dədə Qorqud kitabı”nın özü təsdiq edir ki, onun boyları Qafqazın cənub ətəkləri və bütövlükdə Azərbaycan ərazisilə bağlıdır, boylardakı əhvalatlar Kür-Araz düzənliyində, Şərur mahalında, Əlincəqala qoruqlarında, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və sair yerlərdə baş verir. Bu adda yerlər isə Naxçıvan ərazisində, Araz üstündə, Zəngilanda, Göyçə mahalında, Ağcabədidə, Şəmkirdə, Şəkidə, Şirvanda, Abşeron torpağında bu gün belə mövcuddur.
“Qalın Oğuz” xaqanlığı “İç oğuz” və “Dış (Daş) oğuz” inzibati ərazilərinə bölünmüşdü. “İç oğuz” dedikdə Kür-Araz ovalığı (Aran) yerləşən torpaqlar nəzərdə tutulurdu. “Dış oğuz”a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxil idi. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi əraziləri əhatə edirdi.
“Kitabi-Dədə Qorqud”da Azərbaycanımızın ulu sələfi – oğuz eli təsvir olunur ki, bu eposda müasir mənada anladığımız dövlətçiliyin bütün əlamətləri var. Qədim dövlətçiliyimizdə ikihakimiyyətlilik olub: xaqan və şah hakimiyyəti. “Dədə Qorqud”da Bayandır xan xanlar xanıdır, Qazan xan bəylər bəyi. Qanunvericilik hakimiyyəti – hökm vermək, fərman vermək Bayandır xanın əlində, icra hakimiyyəti, habelə, ordu, iqtisadiyyat Qazan xanın əlində cəmləşib.
Dastanda ən nümunəvi cəhətlərdən biri də vahid dövlətçilik ideyasıdır. Bu məqsədlə oğuz bəyləri özlərində öz içərilərindən ağsaqqal seçmək, onun təklif və tapşırıqlarını sözsüz yerinə yetirmək amalı formalaşdırmışlar. Belə bəylərdən biri də Bayandır xan olmuşdur. Bayandır xan dastanda böyük bayraq götürən, oğuz igidlərinin vətəni qorumaq mübarizələrinə rəhbərlik edən bir dövlət başçısı kimi çıxış edir, dövlətçiliyi hər şeydən üstün tutur, dövlətə qarşı çıxanlara heç bir güzəştə getmir.
Dastanda oğuz elinin dövlətçiliyə, qanunların aliliyinə, ictimai ədalətin qorunmasına riayət və hörməti özünü qabarıq göstərir.
Dastanda belə bəylərdən biri də Salur Qazandır. Qazan xalqın ümidi, arxası, Qalın Oğuzun başçısı hesab edilir. O, bu etibarı və hörməti dövlət xidmətində qazanmışdır. Salur Qazan Oğuzun bütün dövlət işini aparır. O, dövlət qanunlarının pozulması hallarına yol vermir, Oğuza qarşı çıxan, onun birliyini pozub parçalamaq istəyən öz dayısı Aruzu belə öldürür və məmləkətin bütövlüyünü qoruyub saxlayır.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq, vətənpərvərlik haqqında dastandır. Burada oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə əlbir hərəkət edən qıpçaq türklərinə qarşı mübarizəsi daha geniş və daha parlaq əks olunmuşdur. Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olan “Kitabi-Dədə Qorqud” dastanları həm də xalqımızın zəngin oturaq mədəniyyətə malik olduğunu sübut edir. Dastanda Vətən anlamı – Dəmir qapı Dərbənddən tutmuş Göyçəyə, Əlincədən tutmuş Zəncana və Anadoluya qədərki əraziləri əhatə edir.
“Kitabi-Dədə Qorqud” həm də oğuzların əxlaq kitabıdır. Böyüyə hörmət, ata-anaya məhəbbət, ailəyə sədaqət – bu insani keyfiyyətlər oğuz övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur. Oğuz igidləri “ana haqqı tanrı haqqıdır” ifadəsini özləri üçün müqəddəs alın yazısı, həyat amalı seçmişlər.
“Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. Dastanda oğuz-türk anaları vətəni müdafiə edən oğullarına tərbiyə verərək deyirlər: “Oğul dağdan uçmasın, oğul suda axmasın. Oğul azğın düşmənə əsir düşməsin”.
Oğuzlarda geri dönmək, yoldaşı müdafiə etməyib qaçmaq çox ağır cəzalandırılmışdır. Qazan xan oğlunun döyüş meydanından qaçdığını zənn edib deyir: “Onu altı bölük edib, altı yolun ayırıcına tullayacam ki, kimsə döyüşdə yoldaşını qoyub qaçmasın”. Dastanda böyüməkdə olan nəslə Vətənə məhəbbət hissini aşılamaq, onlara vətəni tanıtmaq və sevdirmək üçün ardıcıl bilik və məlumatlar verilir. Bu məqsədlə dastanda vətənin dağları, çölləri, bulaqları, al-əlvan çəmənləri, əzəmətli qalaları, abidələri haqqında söhbətlər gedir. Məsələn, dastanda su haqqında deyilir: “Şırıl-şırıl qayalardan axan su, böyük-böyük ağacları yerindən oynadan su, bağ və bostanın zinəti su”. “Ağaclı dağlar, gözəl dağlar, gündoğan dağlar, qara dağlar, otlu-yaylaqlı uca dağlar”, – deyə onu vəsf edərkən mərd, qoçaq, qəhrəman, namus, qeyrət sahibi olan oğullar bu təmiz su və dağlarla müqayisə edilərək deyilir: “Dağın yüksəyi oğul”, “Suyun daşqını oğul”. Dastanın boylarında Azərbaycanın qədim yaşayış yerləri olan Dərbənd, Gəncə, Bərdə, Şərur, Dərələyəz, Göyçə mahalı, Borçalı, Əlincə qalası, Qaraçuq və sair yerlərin adı çəkilir ki, bu da Azərbaycanın hələ VII əsrdə nə qədər geniş ərazilərə malik olduğundan xəbər verir.
“Kitabi-Dədə Qorqud”da advermə mərasimi də qəhrəmanlıq, igidliklə bağlı olub böyük tərbiyəvi əhəmiyyət daşıyır. Oğuz adətinə görə, oğlan uşaqlarına doğularkən deyil, qəhrə¬manlıq göstərdikdən sonra ad verilmişdir. Bu cəhətdən oğuz elində yaxşı ad qazanmaq üçün yaxşı işlər görmək lazım idi. Dastanda Buğac, Basat, Bamsı Beyrək, Qazan belə adlar sırasındadır.
“Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsinin aliliyi, ailədə ər-arvad münasibətlərində sədaqət, anaya məhəbbət tərbiyəsi qanun səviyyəsindədir. Dastanda Salur Qazanın düşməninə söylədiyi sözlər anaya, qadına olan münasibət baxımından çox ibrətamiz və tərbiyəvidir: “Ay Şöklü Məlik! Evimi soyub, xəzinəmi gətirmisən, sənin olsun. Şahbaz atları gətirmisən, sənin olsun. Nə qədər var-dövlətimi gətirmisən, sənin olsun. Amma dünyada anadan əziz nə var? Anamı qaytar, arvadımı, oğlumu və bütün əsirləri ver, davasız-qırğınsız geri dönək”. Bir tərbiyəçi kimi Dədə Qorqud ağıllı və müdrikdir. O, adamlara düzgün yol göstərir, müdrik məsləhətlər verir. Onun söylədiyi aşağıdakı müdrik kəlamlar dərin əxlaqi-ibrətamiz mənaya malikdir: “Təkəbbürlülük eləyəni Tanrı sevməz. Özünü uca tutan lovğa adamda ağıl olmaz. Ata qıymayınca, yol gedilməz. İti qılıncı çapmayınca, düşmən basılmaz. Qız anadan görməyincə, öyüd almaz, oğul atadan görməyincə, süfrə açmaz. Bu dünyada vətəndən əziz, doğma eldən qiymətli nə var? Ata qədri bilməyən namərd oğul doğulmasa yaxşıdır. Qarı düşmən dost olmaz. Yalan söz dünyada olunca, olmasa yaxşıdır. Kişi malına qıymayınca, adı çıxmaz. Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır”.
Dədə Qorqudun təbliğ etdiyi müsbət mənəvi- əxlaqi keyfiyyətlər bu gün üçün də aktualdır: “Şəxsi mənafeyin güdülməməsi, hər şeyin xalq üçün edilməsi”, “Aca çörək, yalına ayaqqabı, pulsuza pul vermək”, “Qan tökməmək, qonşularla dinc yaşamaq”, “Mənəviyyatca təmiz, pak ürəkli olmaq”, “Qadına hörmət və ehtiram bəsləmək, anaya, ataya sonsuz hörmət və ehtiram göstərmək”, “Qadının ailə, ər namusunu ölümdən üstün tutması”, “Cəsarətli, çevik, qorxmaz, güclü olmaq”, “Gözəllikdən zövq almağı bacarmaq”, “Dosta rəğbət, düşmənə nifrət bəsləmək”, “Mərd olmaq, dosta sədaqət göstərmək, şərtə əməl etmək”, “Ağıllı, tədbirli olmaq, düşmənin hiyləsinə uymamaq”.
“Kitabi-Dədə Qorqud” dastanının həyatiliyi burasındadır ki, o, şəxsiyyət tərbiyəsində qaranlıq və işıqlı tərəfləri açıq-aydın göstərir: humanizmi və qəddarlığı, xeyirxahlığı və bədxahlığı, sadəliyi və lovğalığı, doğrunu və yalanı, əmin-amanlığı və savaşı, dostluğu və düşmənçiliyi qabarıq şəkildə əks etdirir və insanları ən yüksək mənəvi, əxlaqi keyfiyyətlərə səsləyir.
Dastanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən bəhs edən ulu öndərimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda demişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər sevəcəkdir”.

Etnik Marketinq

markalogiya
Etnik Marketinq
foto

Etnik marketinq, fərqli etnik mənşəli bir bazarda ortaq mədəniyyət quruluşuna görə marketinq funksiyalarının istifadəsi olaraq təyin edilə bilər.
Ölkənizdə fərqli etnik mənşəli bir çox insan varsa, məhsulunuzu və ya xidmətinizi daha geniş bir bazarda satmaq üçün fərqli etnik mənşəli qrup üçün etdiyiniz reklam və məhsul inkişafı araşdırmaları ilə bazar payınızı artıra bilərsiniz.
( Nümunə olaraq hər hansı bir içki markasının ambalajında o etkin qrupun dilində məlumatların olması.)

Opal daşı

markalogiya
Opal daşı
foto

Kvars kimi bir növ kvars və silisium oksidi. Opal adını Sanskritdə "qiymətli daş" mənasını verən AL UPALA sözündən götürür.
Süxurlar arasındakı boşluqlarda yeraltı ərazidə hərəkət edən isti suyun yağıntıları nəticəsində əmələ gəlir. Bu vaxt süxurları məhv edir və onlardan minerallar alır. Onlar kök yumruları, qabıqlar və ya məftillər şəklində tapılır.

qopuz

admin
qopuz
foto

Ən qədim simli çalğı alətlərindən biridir. Vaxtilə Azərbaycan ozanlarının ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti olmuşdur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin təsvir edildiyi saxsı qabdır. Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur. 1. "Qıl qopuz" və ya "ikilıq" kimi tanınan və kamanla ifa edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir. 2. Müasir aşıq sazının sələfi sayılan üçsimli "qolça qopuz" Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir.


"Kitabi Dədə Qorqud" dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları çəkilən "quruluca qopuz", "alça qopuz" ayrı-ayrı alətlərin deyil, eyni bir alətin müxtəlif cəhətlərini açıqlayır.

Vaqif Səmədoğlu

samirasahib
Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...
Bu misraları şair Vaqif Səmədoğlu 24 yaşı olarkən qələmə alır. Maraqlıdır ki, şeir yazılandan 50 il sonra, yəni V.Səmədoğlu dünyadan köçdüyü zaman xanım oxucularından biri o misralardan təsirlənərək şairin məzarı üzərinə bir cüt ayaqqabı qoyur. Həmin hadisə V.Səmədoğlunun ömür gün yoldaşı Nüşabə xanıma ilham mənbəyi olur. Nəticədə şairin məzarı şeirin misralarına uyğun düzəltdirilir. Fəxri Xiyabanda öz fərqliliyi ilə seçilən, Vaqif Səmədoğlu orijinallığının sübutu olan məzara bir də şairin "Mən burdayam, İlahi" kəlamı həkk olunur. Vaqif Səmədoğlu
foto

Qartal

markalogiya
Qartal
foto

Havadakı ən sürətli canlılar qartallardır. Ovalarını iti gözləri ilə hədəf aldıqda, inanılmaz bir sürətlə aşağıya doğru süzülürlər. Bu dalış zamanı onlar təqribən 322 km sürətlənir. Böyük qartallar ovlarını çox sürətli vuraraq ovlayırlar. Keçəl qartalın hədəfini vurması tüfəng gülləsinin vurulmasından iki dəfə güclüdür. Aquila cins qartalları saatda 340 kilometr sürətlə gedir və bu rekordunu özündə saxlayır.

qobustan qayaları haqqında məlumat

admin

qobustan qayaları haqqında məlumat
foto
Qobustan böyük bir coğrafi məkandır. Onun adı artıq müxtəlif ölkələrdə, milyonlarla
adamın dilində səslənir. Bunun səbəbi heç də Qobustanın ərazicə böyük olmasında deyil. Elə coğrafi rayonlar var ki, ərazisi Qobustandan bir neçə, bəlkə də on dəfələrlə böyükdür. Lakin onların adını nəinki çox adam bilmir, hətta heç iri miqyaslı xəritələr də belə tapmaq olmur. Qobustanı tək Azərbaycanda deyil, onun sərhədlərindən kənarda, başqa ölkələrdə də tanıtdıran onun qədim qayaüstü təsvirləri və qədim qobustanlıların məskənləri olmuş arxeoloji abidələrdir. Qobustanda aparılmış arxeoloji qazıntılar göstərir ki, Qobustan qayaları arasında orta daş dövrünün əvvəllərindən başlayan həyat minillər boyu qaynamış, onların bizə miras qoyduqları qədim qayaüstü təsvirlər və qədim insan düşərgələrindən tapılmış maddi qalıqlar, daş alətlər, təsərrüfat və məişət əşyaları, gil qablar, bəzək şeyləri və s. tariximizin 10 min ilindən çox dövrünü araşdırmaq üçün yazısız, dilsiz arxivə, kitabxanaya çevrilmişdir.
Qobustanı dünyaya tanıtdıran ilk növbədə onun qədim qayaüstü təsvirləridir. Qobustanda qayaüstü təsvirlərin yaranma tarixi üst paleolit dövrünün Orta Daş (Mezolit) dövrünə
keçid mərhələsindən, 12-15 min il bundan əvvəldən başlayıb orta əsrlərə, islamın yayılması dövrünə kimi davam edir. İslamın «canlı aləmin» yaradıcısı Allahdır, dünyanı da o yaratmışdır. Ondan başqa heç kəs yaratmaq iqtidarında deyil» müddəaları insanı və bütün canlıları
təsvir etməyi də qadağan edirdi. Bu səbəbdən artıq orta əsrlərdə Qobustan qayalarında
təsvirlər getdikcə azalır, reallığını itirir. Lakin bundan sonra da, yəni orta əsrlərin özündə,
hətta son əsrlərə aid bəzi təsvir, işarə, damğa və simvollara rast gəlmək olur. Əlbəttə, on min illərlə keçməsini, neçə-neçə nəsillərin dəyişməsini tələb edir.
Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyasının Böyük daş, Kiçik daş, Cingirdağ –
Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrinin ümumi sayı 6 mindən çoxdur. Buraya insan və heyvan təsvirləri, quş, balıq, hətta ilan və
kərtənkələ kimi sürünənlər, böy, əqrəb kimi həşərat şəkilləri daxildir. Qayalarda çoxlu qayıq, balıq tutmaq üçün tor şəkilləri, işarə və damğalar, latın və ərəb qrafikası ilə yazı qalıqları da saxlanmışdır.
Qobustan qayaları üzərində qazılmış və tərpənməz qablar rolu oynamış yüzlərlə qədim
yalaqlar, heyvan bağlamaq və ərzaq asmaq üçün açılmış dəlmə-ilgəklər, insanların əyləncə və idmanla məşğuliyyət vasitəsi olmuşdu. Qobustanın qayaüstü təsvirlər kolleksiyası sayca o qədər çox olmasa da əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, müxtəlif dövrlər üçün həyat səhnələrinin əks etdirilməsi, təsvirlərin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksidir. Qobustanda qayalar üzərində qeydə alınmış 6 mindən çox qədim təsvir və başqa abidələr mövcuddur .
252 Arxeologiya, Etnoqrafiya Tarix və onun problemləri, № 3 2013
Qobustanda insan şəkillərinin ən qədimləri son Paleolit və Mezolit dövrünün qadın və
kişi təsvirləridir. Onlar qayalarda öndən və yandan olmaqla siluet şəklində qazılmışlar.
Qayalarda insan şəkillərinin bu cür döyülməsi Qobustan üçün səciyyəvidir. Qobustanda qədim şəkillər arasında diqqəti xüsusi cəlb edən mövzulardan biri qadın təsvirləridir. Qobustanın qadın təsvirləri bu mövzuda Yuxarı paleolit dövrü şəkilləri və heykəlcikləri ilə yaxınlıq təşkil edir. Qobustanda «kənizə» düşərgəsində arxeoloji qazıntılar zamanı tapılmış Qobustanın mezolit dövrü qadın fiqurları da qayalardakı qadın fiqurları
formasındadır. Qadın heykəlcikləri və şəkillərinin yaradılmasını alimlərin çoxu bolluq rəmzi kimi izah edir və onu ovsunçuluqla bağlayıb ilahiləşdirirlər.
Qobustandan qeydə alınmış qadın şəkilləri çəkilmə üsulu və təsviri formalarına görə
müxtəlif baxımlıdır. Qobustan üçün enli çiyinli, hündür qamətli, möhkəm bədənli kişi təsvirləri səciyyəvidir. Onların dizdən aşağı qıçlarının əzələləri qabarıq verilmişdir. Əllərində ox, çiyinlərində kaman göstərilmiş, bellərindən kəmərçin sallanır.
Bu kişi təsvirlərinin qıçlarının qabarıq verilməsi onların gün çıxandan gün batana qədər
bütün günü ov dalınca qaça bilməsini, dözümlü olmasını nəzərə çarpdırmaq üçün idi. Söz yox ki, qəbilə ovçularının hamısı bütün günü ov dalınca qaçmağı bacarmalı idilər. Belə olmasaydı bir nəfərin gücsüzlüyü, dözümsüzlüyü üzündən cərgədən geri qalması ovun əldən çıxmasına, qəbilənin ac qalmasına səbəb olardı. Güclü və dözümlü olmaq üçün onlar boş vaxtlarında məşq etməli, yallı kimi kollektiv rəqslərdə bərkiməli idilər.
Kişi təsvirlərinin yay-oxla silahlanması Qobustanda artıq orta daş dövründən bu ov
silahından geniş istifadə olunduğunu göstərir. Qədim qobustanlıların kəmərçində təsvir
olunması isə o dövrün təbii iqlimi və geyimləri haqda məlumat verir.
Ovçuluğun inkişafı cəmiyyətin maldarlığa keçməsinə, yığıcılıq vərdişləri isə əkinçiliyin
meydana gəlməsinə səbəb olmuşdur. Qobustan qayalarında çox qədim zamanlarda bu ərazidə yaşamış bütün məməli heyvanların, eləcə də bəzi sürünənlər, quşlar və balıqların şəkillərinə rast gəlmək olar. Məməli heyvanlardan ibtidai öküz, keçi, maral, at şəkilləri çoxdur. Başqa məməlilərdən gür, ceyran, donuz, pişik, it, tülkü, şir, canavar, bəbir, dəvə, qoyun və s. şəkilləri də var. Qobustan qayaüstü təsvirləri qayalar üzərində, əsasən qazma, döymə və sürtmə üsulu ilə çəkilmişlər. Yağlı boya ilə çəkilmiş rəngli şəkillər və iti alətlə, çox nazik cızılmış rəngli şəkillər və iti alətlə, çox nazik cızılmış xətlərlə verilmiş təsvirlərdə qeydə alınmışdır. Heyvan şəkilləri əsasən kontur xəttdə verilmişdir. Onlar adi xətlərlə o qədər real və mütənasib çəkilmişlər ki, Adamı heyran qoyur. Onların mövzu zənginliyinin, real çəkilişinin sirri, ulu babalarımızın yadigarları olan bu qədim sənət əsərlərinin həyatla bağlılığındadır. Qobustan qayalarında kölgə kimi döyülmüş qadın və kişi şəkillərindən sonra tarixi cəhətdən ən qədim şəkillər öküz təsvirləridir. Öküzlər Qobustanda çəkildiyi dövrün çəkilmə zəruriyyətindən və məqsədindən asılı olaraq müxtəlif böyüklükdə və görünüşdə, müxtəlif səciyyəli reallıqlarla təsvir edilmişdir. Onların ən qədimləri əsasən iri ölçülü və çox real təsvir edilmişlər. Öküz təsvirləri ilk növbədə ölçüsü və buynuzlarının müxtəlif formalılığı ilə fərqlənirlər. Öküz şəkilləri Qobustanda ən qədim heyvan təsvirlərindəndir. Sayca da müəyyən qədər çoxdur. Bu, əlbəttə onun Qobustanda tutduğu mövqeyi ilə bağlıdır. Öküz təsvirləri qayalarda bir qayda olaraq dörd xətlə, konturdan çəkilmişdir. Arxeologiya, Etnoqrafiya 253 Tarix və onun problemləri, № 3 2013
Qobustan qayalarında çəkilmiş ən qədim heyvan təsvirləri olduqca real və tam mütənasib çəkilmələri ilə əsl ibtidai incəsənət əsərləri olmasına şübhə qoymur. Qobustan rəssamlarının belə bacarıqlı, mahir usta olmalarının səbəbi isə onların bütün ömrünü, uşaqlıqdan qocalana qədər, ov dalınca, həmişə bu heyvanları müşahidə etmələrində, heyvanların hər cür duruşuna, baxışına, yerişinə, xasiyyətinə yaxından tanış olmalarında axtarmaq lazımdır. Bu bilikləri qədim qobustanlılar lazımi şərait daxilində daimi müşahidələr nəticəsində əldə edirdilər .
Qobustanda daş dövründə yaranmış real ifaçılıq bacarığı sonrakı tarixi dövrlərdə də bir
xüsusiyyət, milli ruhun təzahürü və davamı kimi saxlanılır. Qobustan qayaüstü təsvirləri üzərində müşahidələrimiz və arxeoloji tədqiqatlarımızın nəticələrinə əsasən orta əsrlər dövrünə aid edilir. Lakin daş dövrünün öküz rəsmi kimi olduqca dinamik, proporsional və real təsvir edilib. Qobustanda heyvan təsvirlərindən ən çoxu keçi şəkilləridir.
Keçi təsvirləri Qobustan qayaüstü təsvirləri sırasında öküz, ceyran, gür, qaban kimi bir
çox heyvanlar nisbətən cavan mövzudur. Onların çoxu, xüsusilə Yazılıtəpədə pirə qurban kimi çəkilmişlər. Qeyd edək ki, keçi şəkillərinə Qobustandan başqa kolleksiyalarda rast gəlmək olur. Keçi şəkilləri Qafqazda və orta Asiya – Altay regionlarında çoxdur. Hər yerdə keçi keçidir. Keçi şəkilləri qayalarda dörd ayaq, dik qalxıb qabağa tərəf əyilmiş qısa quyruqlu, iki Qoşa, bəzən isə Altay və İsıkgul ətrafında və Tacikistanda Dağlıq Bədəxşan Muxtar vilayətindəki oxşarıdır. Lakin hər ərazinin, hərdövrün öz dəst-xətti var.
Müxtəlif tarixi dövrlərdə yaranmış, qədim qobustanlıların keçmiş həyatını əks etdirən
abidələrin saxlandığı bu kiçik ərazi əslində təbii arxeoloji rayon, açıq səma altında muzeydir. Elə muzey ki, bələdçi və hazırlıqlı tənəzzöhçünün müşayiətiilə bu üç dağın ərazisini gəzənlər 10 min ildən artıq tarixi dövrdə arası kəsilmədən bu dağların ərazisində yaranıb bizə qədər saxlanmış tarixi abidələrin əsli ilə zəmanəmizdə çıxarlar. Dünyada elə bir ikinci bu cür muzey yoxdur ki, onun 10 min ildən çox dövrü əhatə edən eksponatları, Qobustanda olduğu kimi, özünün ilkin yerində nümayiş etdirilsin.

Mənbə: İLHAM MƏMMƏDOV
Bakı Dövlət Universiteti

qarışıq xəbərlər

huseynsoy
+Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

+Facebook şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır. Yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

+Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili baş nazirin islahatlar üzrə müavini olmaq barədə Ukrayna prezidenti Vladimir Zelenskinin təklifini qəbul edib.

+2020-ci ilin ilk üç ayı ərzində Netflix 16 milyonadək yeni abunəçi qazanıb və təcrid, böhran dönəmində dünyanın ən vacib xidməti kimi statusunu möhkəmləndirib.

+Kanadanın Yeni Şotlandiya əyalətinin Portalik şəhərində və 50 km radiusunda baş vermiş atışmalar nəticəsində ən azı 23 nəfər həlak olub.

Çexov - firəng üzümü

bir fincan cay
Xoşbəxtlik yoxdur, olmamalıdır da, əgər həyatda məna və məqsəd varsa, bu məna və məqsəd heç də bizim xoşbəxt olmağımızda deyildir, o daha mənalı və daha böyük məqsədlərdədir.

Çexov - firəng üzümü

Şemistan - Cənab Leytenant (Akkordlar)

markalogiya
Şemistan - Cənab Leytenant

Arpej : Pimami

İntro : Am Am E E Am Am E E


---Am--------------E
Barıt qoxulu o yollar , o yollar
---Dm------------------Am
Səni bəs nə vaxt qaytarar , qaytarar ?
Dm---------------------- Am
Səndən təsəlli bir zabit mundiri ,
E---------------------Am
Bir cüt ulduzlu aylı paqonlar .
Dm--------------------- Am
Səndən təsəlli bir zabit mundiri ,
E--------------------Am
Bir cüt ulduzlu aylı paqonlar .

Dm---------------------Am
Hay ver mənə cənab leytenant ,
E------------------- Am
Hay ver mənə leytenant .
Dm-----------------Am
Xoş müjdəli bir savaşdan ,
E------------------ Am
Pay ver mənə leytenant ,

Solo

Am E
O gün gələcək qəm yenə , qəm yenə
Dm Am
O vaxt dönəcəm mən sənə , mən sənə
Dm Am
Hələ yad əldədir yurdumuz yuvamız ,
E Am
Bitib tükənməyib o qan davamız ,
Dm Am
Hələ yad əldədir yurdumuz yuvamız ,
E Am
Bitib tükənməyib o qan davamız ,

Dm Am
Hay ver mənə cənab leytenant ,
E Am
Hay ver mənə leytenant .
Dm Am
Xoş müjdəli bir savaşdan ,
E Am
Pay ver mənə leytenant ,

Solo

Am E
Qisas son qisas yetməyib , yetməyib
Dm Am
Savaş son savaş bitməyib , bitməyib
Dm Am
Səngər yanındakı çatdığın ocağın ,
E Am
Odu hənirtisi hələ keçməyib.
Dm Am
Səngər yanındakı çatdığın ocağın ,
E Am
Odu hənirtisi hələ keçməyib


Dm Am
Hay ver mənə cənab leytenant ,
E Am
Hay ver mənə leytenant .
Dm Am
Xoş müjdəli bir savaşdan ,
E Am
Pay ver mənə leytenant ,

Banner

markalogiya

Banner
foto
Banner Reklam :

Banner reklamları ümumiyyətlə müştərilərin qazanılmasında o qədər də effektiv deyil, lakin az miqdarda olsa da, potensial müştərilər qazanmağınıza kömək edə bilər.
Bu reklamlar belə işləyir: Müştəri web saytınıza daxil olur və web saytınız axtarış yaddaşına bir neçə kodu yerləşdirir. Bu şəxs web saytınızı tərk edərkən və yenidən qurulmuş bir şəbəkə istifadə edən saytlara girəndə reklamınız da həmin saytlarda görünəcəkdir.

possesive casegenetive case

ulker
Possesive Case ,Azərbaycan dilindən tərcümədə ismin yiyəlik halı deməkdir.Necə düzəlir?Əgər canlıdırsa və cəmdədirsə '(apastrof) ya da 's(apastrof es) qəbul edir.Daha aydın şəkildə desək əgər isim "s,es"artırmaqla cəmlənmişsə bu zaman ancaq apastrof ,başqa cür cəmlənmişsə "apastrof es"qəbul edir.Məsələn Cats' legs ,children's books.
Təkdə olan isimlərdə isə 's dən ya da of dan istifadə olunur.Canlılar üçün bu sadəcə 's cabsızlar üçün of dur Məsələn:cat's legs ,,,legs of table ...İkinci nümunədən göründüyü kimi table cansız isimdir ona görə də "of" ilə düzəlib.Və unutmaq olmazki yiyəlik haldan sonra mütləq isim gəlməlidir.İstisna
1.Sonra gələn söz house ,office,shop olarsa
2.Sonra gələn 1 dəfə deyilibsə məsələn:Anar's hair is longer than Murad's
3.butcher's ,dentist's, florist's , baker's, grocer's və s ...
Mürəkkəb isimlərin yiyəlik halda işlənməsi:
İsim+isim's məsələn:sister-in-law's
İsim and isim's (əgər 2-ci isim ortaqdırsa)Fatma and Leyla's brother
İsim's and isim's (əgər 2-ci isim ortaq deyilsə)Fatma's and Leyla's noses
Example : Choose the correct sentence with the possesive case başlıqlı test işləyərkən biz bu ardıcıllığa fikir verməliyik:
1.'s dən sonraki söz isim olmalıdır
2.'s dən sonra a/an/the işlənibsə bu yiyəlik hal deyil
3.'s dən sonra got(fel)gəlibsə bu yiyəlik olmur.Has got olur
4.The+Boyuk hərflə başlayan soyad+s(cəm)+' olmalıdır (The Mamedovs') düzgündür .(The Mamedov's ) səhvdir.