24 fevralda baş vermiş hadisələr

markalogiya
*🗓 Tarixdə 24 Fevral günü baş vermiş hadisələr*

💥 1988-ci ilin 24 fevralında Azərbaycanın Əsgəran rayonunda ermənilər iki azərbaycanlını qətlə yetiriblər.
Bu azərbaycanlılar erməni-Azərbaycan münaqişəsinin ilk qurbanları idilər.

💥 Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Tiflis gimnaziyasını bitirib (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini mükəmməl öyrənib.

Ə.Hüseynzadə 1885-ci ildə Sankt-PeterburqUniversitetinin riyaziyyat fakültəsində oxuyub, həm də Şərqşünaslıq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Əli bəy həm də Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında da təhsil alıb. O, bir sıra portret və mənzərələrin də müəllifidir.

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə İstanbula gedib və burada darülfünunda Əsgəri-Tibbiyyə fakültəsində tədris almaqla dermato-veneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.

1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda Əsgəri-Tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib və bu sahələrin hər birində özünəməxsus iz qoyub.

Əli bəy Hüseynzadə Əhməd bəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, 1906-cı ildə isə “Füyuzat” jurnalını yaradıb. O, qələm dostları ilə birlikdə yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını atdılar.

"Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Sonralar başqa milli mətbuat orqanları tərəfindən bu fikirlər "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

İstanbul Darülfünunun professoru olan Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

💥 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiq 1881-ci ilin bu günü dünyaya gəlib.

“Tülkü Həccə gedir”, “Yaxşı arxa”, “Şələquyruq”, “Tıq-tıq xanım” mənzum hekayələri bu gün də uşaqlar tərəfindən sevə-sevə oxunur, söylənilir.

Abdulla Şaiq həm də Azərbaycan uşaq dramaturgiyasının banisidir. (“Gözəl bahar”, “El oğlu”, “Vətən”, “Nüşabə”, “Ana” pyesləri tamaşaya qoyulub.)

Dünya ədəbiyyatı ilə yaxşı tanış olan, rus və fars dillərini mükəmməl bilən Abdulla Şaiq Nizami, Şekspir, Defo, Krılov, Puşkin, Lermontov, Qorki və başqalarından tərcümələr edib. Onun xalq maarifi sahəsində də mühüm xidmətləri olub: “Uşaq çeşməyi”, “Gülzar”, “Qiraət kitabı” və b. dərsliklər yazıb, ali məktəblərdə mühazirələr oxuyub