21 fevralda baş verən hadisələr

markalogiya
*🗓 Tarixdə 21 Fevral günü baş vermiş hadisələr*

🔗1953-cü ilin 21 fevralında DNT-nin molekul quruluşu açıqlanıb. Bunu ingilis bioloqu Frensis Krik və Ceyms D.Uatson müəyyən edib. Alimlər bu uğura görə 1962-ci ildə Nobel Fiziologiya və Tibb Mükafatını alıblar.

🔗1999-cu ilin noyabrında UNESCO-nun baş konfransı 21 fevral tarixini Beynəlxalq Ana Dili Günü olaraq təsis edib. Bu əlamətdar bayram 2000-ci ildən keçirilir.

UNESCO-nun məlumatına görə, hazırda dünyada mövcud olan 6 min dilin yarısı yaxın vaxtlarda öz daşıyıcılarını itirə bilər. Beynəlxalq Ana Dili Gününün qeyd olunması məhz bu təhlükəni aradan qaldırmaq, bütün dünyada dil mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır.

🔗Azərbaycanın görkəmli alimi, akademik Ziya Bünyadovun xatirə günüdür.

İkinci Dünya Müharibəsi Qəhrəmanı olan Ziya Bünyadov cəbhədən qayıtdıqdan sonra bütün ömrünü Azərbaycan tarix elminin inkişafına həsr edib, eyni zamanda, görkəmli şərqşünas olaraq tanınıb.

Bir neçə xarici dil bilən, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Milli Məclisin deputatı olmuş Ziya Bünyadov Azərbaycan tarixi ilə bağlı çox sayda və sonrakı nəsillərə mənbə rolunu oynayan dəyərli əsərlər yazıb.




*Memoriiest💫💫*