20 yanvar qəhrəmanlarımız

markalogiya
20 yanvar qəhrəmanlarımız
foto
Bu gəmi 20 Yanvar hadisəsi zamanı Bakını dənizdən müdafiə edən 120 gəmidən ibarət donanmanın " məşhur " Kapitanlar Şurası "-nın qərərgahı olan "Sabit Orucov" sərnişin gəmisidir.

20 Yanvar günü Xəzərdə üzən 120 gəmi " Fövqaladə Vəziyyət " elan edərək qərərgah yaratmış və bu qərərgaha 7 gəmi kapitanı (Mövlud Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov, İbrahim Salayev) rəhbərlik etmişdir.

Bakı Moskva tərəfindən informasiya blokadasına alınıb qırğınlar törədildiyi üçün bu gəmilər hər 30 dəqiqədən bir Ümumi Dünyaya " SOS " siqnalı göndərərək " Diqqət ! Bakı yanır " , " Diqqət ! Mən Bakıyam ,Məni yandırırlar ! " siqnalları göndərməklə dünyanı bu hadisədən vaxtında xəbərdar edə bilmişdirlər.

Sovet Ordusu qırdığı mülki şəxslərin cəsədlərini Bayıl tərəfdən "Vosxod" hərbi gəmisi ilə dənizə atıb izi itirmək istədikdə isə bu mülki gəmilər Hərbi gəmilər ilə döyüşə girərək cəsədlərin dənizə atılmasına mane olmuşdurlar. SSRİ müdafiə naziri marşal Yazov bu hadisəyə görə " Kapitanlar Şurası " ilə danışıqlar aparmış,15 il həbs və güllələnmə maddəsi ilə hədələsə də bir nəticə verməmişdir.

Yalnız 24 yanvarda dənizdən və qurudan gəmilərə hücum edilmiş, bir çox gəmilər yandırılmış və heyəti həbs edilmişdir.

Təkcə Bayıl istiqamətində dayanan " Vodoley-4 " gəmisinə 3 top mərmisi də daxil olmaqla 3871 güllə dəymişdir.

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör