18 fevralda baş vermiş hadisələr

markalogiya
*18 FEVRAL BAŞ VERMİŞ HADİSƏLƏR*


💥1451-ci ilin 18 fevralında Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.

 💥 1444-ci ildə Osmanlı sultanı II Murad taxtı oğlu Mehmetə verdi. 12 yaşında taxta çıxarıldığı üçün bəzi dövlət adamları (Çandarlı Xəlil Paşa və b.) buna etiraz bildirdi, amma II Murad qəbul etmədi.

💥1856-cı ilin 18 fevralında Osmanlı dövlətində İslahat Fərmanı dərc olundu.

  Sultan Əbdülməcid tərəfindən verilən fərman çökmüş Osmanlı dövlətində insan haqlarının qorunması, yeni siyasi və dövlət qurumlarının yaradılması ilə bağlı köklü dəyişikliklərin aparılması məqsədi daşıyırdı. Amma İslahat Fərmanında, xüsusilə, azlıqlara verilən imtiyazlarla bağlı Osmanlı hökumətinin istəyi lazım olan təsiri vermədi.

💥 18 fevral 1952-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiq etdi.

  Türkiyənin Koreya müharibəsinə qoşulması və Rusiyanın yürütdüyü sərt siyasət ABŞ-ı Aralıq dənizinin təhlükəsizliyi üçün Türkiyə və Yunanıstanı da NATO-ya daxil etməyə sürükləmişdi

💥18 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dahi Azərbaycan alimi, enlopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi 1201-ci ilin bu günü Həmədanda anadan olub.