17 fevralda baş verən hadisələr

markalogiya
🗓 Tarixdə 17 Fevral günü baş vermiş hadisələr

🪁17 fevral 1959-cu ildə baş nazir Adnan Məndərəs və müşaiyətindəki heyəti Londona aparan təyyarə Gatvik hava limanı yaxınlığında düşdü. Təyyarədəki 21 nəfərdən 14-ü öldü. Baş nazir Adnan Məndərəs qəzadan yüngül yaralı xilas oldu.

🪁 Amerikada vətəndaş müharibəsi dövründə, 1864-cü ilin bu günü Atlantik okeanı sahillərindəki Çarlston şəhəri yaxınlığında dəniz müharibələri tarixində ilk dəfə olaraq sualtı qayıq vasitəsilə adi gəminin batırılması hadisəsi baş verib.

Cənubluların uzunluğu 13, eni 2 metr olan “Hanli” sualtı qayığı şimallıların “Hausatonik” adlı gəmisinə mina zərbəsi endirib. Partlayış nəticəsində həm qayıq, həm də gəmi suya qərq olub

🪁 17 fevral Azərbaycan şairəsi Mədinə Gülgünün xatirə günüdür.

1926-cı ildə Bakıda anadan olan Mədinə 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçüb. Ərdəbil və Təbriz şəhərlərində yaşayıb, orada milli demokratik hərəkata qoşulub. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, “Azərbaycan” qəzetində, Təbriz Qadınlar Klubunda çalışıb.

Təbriz Milli hökuməti 1946-cı ilin sonunda irtica qüvvələri tərəfindən boğulduqdan sonra Mədinə Gülgün Bakıya gəlib, ömrünün sonuna qədər yaradıcılıqla məşğul olub, geniş oxucu kütləsinin sevimli şairlərindən biri kimi məhşurlaşıb. 20-dən çox şeir və poema kitabının müəllifidir. Şairə 1991-ci ilin bu günü dünyasını dəyişib