16 fevralda baş verən hadisələr

markalogiya
🗓 Tarixdə 16 Fevral günü baş vermiş hadisələr

💥 1959-cu il Kuba İnqilabı nəticəsində Fülqensio Batistan (Fulgencio Batista) yanvarın 1-də rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra 16 fevralda hakimiyyətə Fidel Kastro (Fidel Castro) gəldi.

Batista diktaturasını yıxmaq üçün 1953-cü ildən fəaliyyətə başlayan F.Kastro Kuba İnqilabının ən mühüm adlarından biri idi. Onun, iqtidara gələr-gəlməz, ilk işi ölkədə qiymətləri və kirayələri endirməsi, bir sözlə, ucuzluq yaratması oldu. Torpaq islahatı keçirərək böyük əraziləri milliləşdirdi, ictimai fermalar qurdurdu.

Tezliklə Kastro rəhbərliyi ilə ABŞ arasında kəskin fikir ayrılığı yarandı və Kuba zaman keçdikcə Amerikanın ən böyük düşmənlərindən biri oldu.

1961-ci ildə ABŞ-ın “Donuzlar körfəzi” hərbi əməliyyatından təxminən 1 il sonra (1962) Kuba hökuməti Sovet raketlərinin ölkəyə yerləşdirilməsinə icazə verdi. Bununla da Kastro uzun illər Amerika-SSRİ ixtilafının mərkəzində qaldı.

Fidel Kastro 2008-ci ildə etdiyi açılama ilə Kuba dövlət katibi vəzifəsindən ayrıldığını elan etdi.

💥 Azərbaycan Musiqili Teatrının banisi və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabskinin bu gün xatirə günüdür. (O, 1879-cu ildə Bakıda dünyaya gəlib.)

Səhnə fəaliyyətinə 23 yaşında (1902) başlayan H.Sarabski “Leyli və Məcnun”da Məcnun rolunun, başqa operalarda da əsas partiyaların ilk ifaçısı olub.

“Müsəlman dram truppası”nı yaradan Hüseynqulu Sarabski 31 yaşından (1910) rejissor kimi fəaliyyət göstərib.

Sarabski “Köhnə Bakı” adlı kitab yazıb ki, burada Azərbaycan paytaxtının qədim dövrlərdən formalaşmış mədəniyyəti, milli ənənələri, bayram və mərasimləri barədə son dərəcə qiymətli məlumatlar əks olunur.

Böyük aktyor, rejissor və tədqiqatçı 1945-ci ilin bu günü 66 yaşında dünyasını dəyişib.

💥Bu gün Azərbaycanlı pedaqoq Bahar Ağalarovanın da xatirə günüdür.

Azərbaycanda ilk Uşaq Evinin təşkilatçısı olan Bahar xanım bir çox orden və medallarla təltif edilib.

Yazıçı Yusif Əzimzadənin “Anacan” pyesində Bahar Ağalarovanın həyat və fəaliyyətindən bəhs olunur.