1 martda baş verən hadisələr

markalogiya
*Tarixdə bu gün*

💥1498-ci il martın 1-də Vasko de Qama Mozambikə yetişmişdir.

💥 1780-ci il 1 mart tarixində Amerikanın Pensilvaniya ştatı köləliyi qadağan edən ilk ştat olmuşdur.

💥1803-cü ildə Ohayo Amerikanın 17-ci ştatı olmuşdur.

💥1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin onların atom çəkisinə və kimyəvi uyğunluqlarına görə dövri cədvəlini tərtib etmişdir.

💥1931-ci ilin 1 mart tarixində Fransanın tibb xidməti generalı Jorj Sen-Pol bir neçə dövlətin təşəbbüsü ilə Parisdə Cenevrə Bölgələri Assosiasiyasının bünövrəsini qoydu. Məqsəd ikitərəfli və çoxtərəfli razılaşmalarla bütün ölkələrdə təhlükəsizlik zonaları yaradılmasına xidmət etmək idi. Cenevrə Bölgələri Assosiasiyası sonralar Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi, 1972-ci ildə isə hökumətlərarası status aldı. Hazırda həmin təşkilatın 50-dən çox üzvü var, 8 dövlət isə müşahidəçi statusuna malikdir.

💥 1 mart 1951-ci ildə Amerika Bişləmiş Ştatlarının Nyu-York şəhərində “Sovet İttifaqı xalqlarının bolşevizmdən azad edilməsi üzrə Amerika komitəsi” yaradıldı. Bu təşkilatın əsas vəzifələrindən biri SSRİ-yə yayımlanan radiostansiya açmaq idi. Bir il sonra - 1952-ci ilin ikinci yarısında gələcək radionun əməkdaşları Almaniyanın Münhen şəhərində toplaşdı. 1953-cü il martın 1-də artıq “Azadlıq” radiosu işə başladı. 

💥 1974-cü ilin 1 mart tarixində Amerika Birləşmiş Ştatlarını sarsıdan "Uoterqeyt (Watergate) qalmaqalı" ilk olaraq 7 adama qarşı cinayət işi ilə başladı. Qalmaqal paytaxt Vaşinqtonda Demokrat Partiyanın Mərkəzinə qədər girib ofisin telefonlarına gizli mikrofon qoyan 5 nəfərin prezident Nikson hökumətinin əmri ilə tutulması və bu yolla ört-basdır edilməyə çalışılması ilə böyüdü. Gizlətmə səylərilə ABŞ prezidenti ictimaiyyətin etibarını və siyasi dəstəyini tamamilə itirdi və həmin ilin 9 avqustunda vəzifəsindən istefasına gətirib çıxardı. Qalmaqal 69 nəfərin cinayətə cəlb olunması ilə nəticələndi. Məhkəmə zamanı əksəriyyəti Nikson hökumətində olan yüksək vəzifəli 48 nəfər tutuldu.   

💥1 mart 2003-cü ildə ABŞ-ın İraqda keçirəcəyi hərbi əməliyyatla əlaqədar xarici ölkə əsgərlərinin Türkiyədə yerləşdirilməsi və Türkiyə əsgərinin başqa yerə köçürülməsi ilə bağlı Hökumət Təzkərəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmədi. Bu qərar Türkiyə-ABŞ münasibətlərində "Təzkərə böhranı"na səbəb oldu. Təşkil edilən müsabiqələr yolu ilə 2012-ci ilin 1 martında Türkiyənin milli valyutası lirənin yeni şəkli təyin edildi.


*🕸️GNG LIBRARY*